Moskvada azərbaycanlıların alver etdiyi bazarda silahlı insident - YARALILAR VAR
Moskvanın "Çeremuşki" bazarında azərbaycanlı ticarətçilər və mühafizəçilər arasında soyuq və pnevmatik silahdan istifadə edilməklə kütləvi dava baş verib.
APA TV-nin Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, insident nəticəsində iki nəfər xəsarət alıb.
“Axşam saatlarında bazar sahibinin göstərişi ilə özəl mühafizə şirkətinin əməkdaşları əksəriyyəti Azərbaycandan olan onlarla ticarətçini obyektin ərazisindən uzaqlaşdırmağa cəhd edərkən aktiv müqavimətlə üzləşiblər”, - deyə polisdən bildirilib.
Mənbə kütləvi dava zamanı ticarətçilərin soyuq silahdan istifadə etdiyini bildirib: “Özəl mühafizə şirkətinin əməkdaşları, buna cavab olaraq, travmatik silahdan istifadə ediblər. Nəticədə iki nəfər xəsarət alıb. Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər”.
Hadisə yerində polis əməkdaşları araşdırma aparır.
İnsidentin iştirakçıları saxlanılıb.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər