Türkiyədə qız tələbələrin qaldığı yataqxana yandı, ölü sayı çoxdur - YANĞIN YERİNDƏN

Türkiyənin Adana şəhərində dəhşətli yanğın hadisəsi qeydə alınıb. APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, yanğın qız tələbələrin qaldığı yataqxanada baş verib.

İlkin məlumatlara görə, hadisə nəticəsində 11-i tələbə olmaqla 12 nəfər ölüb. 3 nəfərin sağ qalıb-qalmadığından xəbər yoxdur.

Bir neçə qızın özünü pəncərələrdən ataraq yaralandığı açıqlanıb.

Yataqxanada 28 tələbə olub, bundan əlavə bəzi əməkdaşların da binada yaşadığı bildirilir.

Adana valisi xəstəxanalara 22 yaralının çatdırıldığını deyib.

Ölü sayının artacağı istisna olunmur.

Müəllif | Apa.Tv
Nəsimi Nəbizadə

OXŞAR XƏBƏRLƏR