Qaxda dəm qazı faciəsi: 3 uşaq anası komadadır

Qaxda 3 uşaq anası dəm qazından zəhərlənib. Qax Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA TV-nin yerli bürosuna  verilən məlumata görə, noyabrın 29-u axşam saat 17:00 radələrində Qax şəhəri, M. Ə. Sabir küçəsi ev 3 ünvanında yaşayan, 1979-cu il təvəllüdlü Şəlalə Sahib qızı Əsgərova koma vəziyyətində  zəhərlənmə əlamətləri ilə xəstəxanaya daxil olub.

Müayinə zamanı məlum olub ki, 3 uşaq anası olan Şəlalə Əsgərova qonşuları tərəfindən yaşadığı evin vanna otağında huşsuz vəziyyətdə aşkarlanıb. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Şələlə Əsgərovaya lazımi tibbi yardım göstərilib, vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı Qax rayon prokurorluğunda araşdırma aparılır.  

Müəllif | Apa.Tv
Vüqar Heydərov

OXŞAR XƏBƏRLƏR