Zaqatalada ilan sakinlərə hücum etdi

Zaqatalada qeyri-adi hadisə baş verib.


APA TV-nin yerli bürosunun xəbərinə görə, ilin bu fəslində qış yuxusuna getməli olan 1.5 metr uzunluğunda ilan rayonun Yuxarı Çardaqlar kənd sakinlərini təşvişə salıb.

 

Dünən günortadan sonra itburnu yığmaq üçün dağa çıxan kənd sakinləri qəfildən dağın ətəyində ilanla rastlaşıblar. Sakinlər köməkləşərək çətinliklə də olsa, daş və paya ilə ilanı öldürüblər. Onların dediyinə görə, ilin bu fəslində ilanın görünməsi nadir haldır. Sakinləri təəccübləndirən isə belə şaxtalı vaxtda ilanın aktiv olması, həm də onlara hücum etməsidir. Sakinlər belə bir şeylə ilk dəfə rastlaşdıqlarını deyirlər.

 

Öldürülən ilanın diametri təxminən 20 sm, uzunluğu isə 1.5 metrdən çox olar. Maraqlısı odur ki, ilanın öldürüldüyü yer kənd evlərindən cəmi 100 metr aralıdır.

 

Müəllif | Apa.Tv
Vüqar Heydərov

OXŞAR XƏBƏRLƏR