Türkiyədəki "erməni soyqırımı" abidəsi söküləcək
Türkiyənin Tunceli vilayətindəki "erməni soyqırımı" abidəsi söküləcək.
APA TV-nin məlumatına görə, mətbuatın tənqidlərindən sonra hərəkətə keçən valilik üzərinə ASALA terrorçularının adı yazılan abidənin dağıdılması haqqında qərar verib.
Abidə 2016-cı il 26 aprel tarixində inşa olunub. Hrant Dinkin adından istifadə olunmaqla tikilən abidənin üzərində ASALA və PKK-çı terrorçulardan Armenak Bakırcıyan, Manuel Dəmir, Nubar Yanıkyan, Gevork Çavuş, Monte Melkonyan, Andranik Uzunyanın da adları yazılıb.
Qeyd edək ki, Monte Melkonyan ASALA terror təşkilatının liderlərindən biri olub. Qarabağ döyüşlərinə komandir olaraq qatılan terrorçu Azərbaycan əsgərləri tərəfindən məhv edilib.
OXŞAR XƏBƏRLƏR
17:28
510
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
17:27
480
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
17:26
496
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
13:58
2024
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
13:29
2152
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
11:02
2117