Azərbaycanda saxta valyuta satmaq istəyən dəstə ələ keçdi
DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları ölkənin maliyyə sisteminə ciddi təhlükə yaradan saxta pulların hazırlanması və dövriyyəyə buraxılmasının qarşısının alınması istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirib.
APA TV-nin məlumatına görə, Baş İdarəyə 3 nəfərdən ibarət cinayətkar dəstənin qeyri-qanuni yolla ölkəmizə külli miqdarda saxta xarici valyuta olan avro keçirmələri, o cümlədən həmin əsginasların satış ilə məşğul olmaları barədə əməliyyat məlumatı daxil olub.
Həyata keçirilən təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində həmin dəstənin üzvləri - Ukrayna vətəndaşı Valentina Bilik, Gürcüstan vətəndaşı Taleh Nayibov və Abşeron rayon sakini Kamandar Əmirov Bakı şəhərində ayrı-ayrı şəxslərə saxta 500 avroluq əsginaslar satan zaman saxlanılıblar. Onların üzərinə baxış keçirilən zaman əlavə olaraq 9500 avro məbləğində saxta pul aşkar olunaraq götürülüb.
Keçirilən ekspertiza zamanı müəyyən edilib ki, aşkar edilən saxta avrolar həqiqi əsginaslardan çox da fərqlənmir və onların müdafiə nişanları xüsusi üsullarla saxtalaşdırılıb.
Dəstə üzvləri bildiriblər ki, saxta pul əsginaslarını paytaxt ərazisində və respublikanın rayonlarında fəaliyyət göstərən ticarət mərkəzlərində, əhalinin sıx olduğu yerlərdə satıb həqiqi valyutaya çevirəndən sonra ölkə ərazisini tərk etmək niyyətində olublar.
Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər