Azərbaycan prezidenti CAR-ın beynəlxalq əlaqələr və əməkdaşlıq nazirini qəbul edib

Azərbaycan prezidenti İlham Əliyev noyabrın 29-da Cənubi Afrika Respublikasının beynəlxalq əlaqələr və əməkdaşlıq naziri xanım Maite Nkoana-Maşabanenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

 

APA TV-nin xəbərinə görə, xanım Maite Nkoana-Maşabane ölkəsinin Azərbaycan ilə əlaqələri genişləndirməkdə maraqlı olduğunu deyərək, bunun üçün böyük potensialın mövcudluğunu qeyd edib.

 

O, Azərbaycanda ölkələrimiz arasında əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı müzakirələr aparacağını deyib və bir sıra həmvətənlərinin ölkəmizdə yüksək texnologiyalar sahələrində təhsil almalarını məmnunluqla qeyd edib.

 

Prezident İlham Əliyev Azərbaycanın Cənubi Afrika Respublikası ilə əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu bildirib. Dövlət başçısı Cənubi Afrika Respublikasının beynəlxalq əlaqələr və əməkdaşlıq nazirinin Azərbaycana səfərinin iki ölkə arasında əməkdaşlığın prioritet sahələrinin müəyyənləşdirilməsi baxımından önəmini vurğulayıb.

 

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR