Ərdoğan: "Suriyaya Əsəd hakimiyyətinə son vermək üçün girmişik"
"Terroru dövlət səviyyəsinə gətirən zalım Əsədin hökmranlığına son vermək üçün biz Suriyaya girdik, başqa bir şey üçün deyil". APA TV-nin məlumatına görə, bu fikirləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "Fərat qalxanı" hərəkatı ilə bağlı açıqlamasında bildirib.
"Hazırda 600 minlik rəqəmlər qeyd olunur. Xeyr. Mənə görə Suriyada bir milyona yaxın insan ölüb. Bu ölüm hələ davam edir. Uşaq, qadın, kişiyə fərq qoyulmadan davam edir. BMT haradadır? Nə edir? İraqda varmı? Yenə yox. Biz səbir, səbir dedik, ən sonda dayana bilmədik və Suriyaya Azad Suriya Ordusu ilə bərabər girməyə məcbur olduq. Nə üçün girdik? Bizim Suriya torpaqlarında gözümüz yoxdur. Torpağın gerçək sahibləri torpaqlarına sahib olsunlar deyə ora girdik. Yəni orada ədalətin bərqərar olması üçün varıq. Terroru dövlət səviyyəsinə gətirən zalım Əsədin hökmranlığına son vermək üçün biz Suriyaya girdik, başqa bir şey üçün deyil" - deyə o qeyd edib.
Qeyd edək ki, Türkiyə avqustun 24-də Azad Suriya Ordusu ilə birlikdə Suriya ərazisində "Fərat qalxanı" hərəkatına başlayıb. Əməliyyat çərçivəsində Cerablus, Çobanbəy, Dabıq kimi bölgələr İŞİD və PYD terrorçularından təmizlənib. Bölgəyə yerli əhali yerləşdirilib. Əhalinin təminatı yaxşılaşdırılıb. Hazırda türk ordusu və müxaliflər Əl Bab ətrafında İŞİD terrorçuları ilə döyüşür.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər