İtinə marşal rütbəsi verən vəliəhd Tailand kralı oldu

Tailandın yeni kralının kimliyi elan olunub.

 

APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, monarxiya rejiminin hakim olduğu Tailand taxt-tacına oktyabrın 13-də 88 yaşında vəfat etmiş kral Pumpion Adulayetin yeganə oğlu Maha Vaçiralonqkorn sahib çıxıb.

 

Eyni zamanda bundan sonra ona yeni adı ilə X Rama deyə müraciət olunacağı açıqlanıb.

 

Yeni kralın elan olunması ilə bağlı keçirilən mərasimdə Almaniyada yaşayan Mahanın özü iştirak etməyib.

 

Əvvəlcə Milli Assambleyanın sədri Mahanı təbrik edərək, ona uğurlar arzulayıb. Bundan sonra yeni kralın adı rəsmən elan olunub.

 

Xatırladaq ki, Tailand taxt-tacının yeni sahibi Maha Vaçiralonqkron 30 ildən çoxdur ölkə hüdudlarından kənarda yaşayır. Barəsində bəzi məlumatların dolaşdığı Maha qeyri-adekvat qərarları ilə də tanınır. Belə ki, onun pudel cinsindən olan "Fu-fu" ləqəbli itini ölkə aviasiyasının marşalı təyin etdiyi deyilir.

 

Qeyd edək ki, mərhum kral Pumpionun cəsədi hazırda xüsusi şərtlər altında saxlanılır. Ölkə ərazisində isə 1 illik matəm elan edilib.

 

Kral ailəsinə yaxın mənbələrdən yayılan məlumatlarda yeni kralın rəsmən taxta çıxmasının Pumpion Adulayetin dəfnindən, daha dəqiqi, 2017-ci ilin payızından sonra mümkün olacağı bildirilib. 

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR