"Sonanın nəvəsi" narkotiki yemək istədi: "Lotu Bəxtiyar"ın bibisi oğlu tutuldu
Şirvanda kriminal avtoritet saxlanılıb onun üzərindən narkotik vasitə olan heroin götürülüb.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, Bakı şəhər sakini, S. Rəhimov küçəsi 14 ünvanında yaşayan 1967-ci il təvəllüdlü Mikayılov Vahid Qəzənfər oğlu idarə etdiyi “KİA Serato” markalı 90 UN 616 dövlət nömrə nişanlı avtomobili idarə edərkən Şirvan Dövlət Yol Polisinin (DYP) əməkdaşları tərəfindən saxlanılıb.
Polis şöbəsinə dəvət olunan sürücünün üzərinə baxış keçirilərkən ondan 33,778 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb. Saxlanılan zaman o, narkotik vasitəni yeməyə cəhd edərkən polislər tərəfində buna imkan verilməyib.
Qeyd edək ki, əvvəllər dəfələrlə məhkum olunan, kriminal aləmdə “Sonanın nəvəsi” kimi tanınan V.Mikayılov ard-arda 20 il cəzaçəkmə müəssisələrində cəza çəkib.
Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.
Saxlanılan şəxs mərhum "qanuni oğru" "Lotu Bəxtiyarın" bibisi oğludur.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər