Tonlarla mazut yola dağıldı, Bakı-Qazax yolunda hərəkət dayandı
Bakı-Qazax magistral yolunda yük avtomobili aşıb. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, hadisə səhər saatlarında Bakı-Qazax avtomagistralının Goranboy rayonundan keçən hissəsində baş verib.
Şəmkir rayon sakini Elşad Qasımov sükan arxasında olduğu “DAF” markalı yük avtomobilində idarəetməni itirib və maşını magistral yolda olan dəmir arakəsmələrə çırpıb. Zərbənin gücündən avtomobilin üzərində olan mazut dolu çən aşıb və maşında olan dizel yanacağı yola dağılıb. Qəza zamanı yanğın hadisəsi baş verməsə də, 4 zolaqlı yolun iki yolu bağlandığından, avtomobillər bir müddət əks yolda hərəkət etməli olublar. Sürücü qəzadan xəsarətsiz ötüşsə də yol təsərrüfatına ciddi ziyan dəyib.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər