Kosovoda faşistlər türk bayrağını cırdılar - AÇIQLAMA
Türkiyənin Kosovonun Prizren şəhərindəki Baş Konsulluğunun binasına hücum olub. APA TV-nin məlumatına görə, binaya "Molotov kokteylləri" atılıb.
Binaya hücum etməkdə və zərər vurmaqda şübhəli bilinən 6 nəfər saxlanılıb. Türkiyənin Kosovodakı səfiri Kıvılcım Kılıç hadisə yerinə gedib. Mediaya açıqlama verən diplomat iki ölkə arasındakı münasibətlərə xələl gətirməyə heç kəsin gücünün çatmayacağını bildirib. Səfir Kosovo xarici işlər naziri ilə əlaqə saxladığını da qeyd edib.
Baş konsul Selen Evcit də hadisəni qınadığını söyləyib və belə hadisələrlə dostluq əlaqələrinin ən yüksək səviyyədə davam edəcəyini vurğulayıb.
Bu arada Prizren prokurorluğundan saxlanılanların əməllərini etiraf etdiyi açıqlanıb. Barələrində 48 saatlıq həbs qərarı çıxarılan şəxslər ətrafında istintaq tədbirləri aparılır.
Kosovo prezidenti Haşim Taçi də hadisə ilə bağlı xüsusi tapşırıqlarını verib və günahkarların cəzalandırılmasını istəyib.
28 noyabr - Albaniya Bayrağı Günü münasibətilə Prizren küçələri Albaniya və dost ölkələrin bayraqları ilə bəzədilib. Həmin vaxt bir qrup təxribatçı gecə saatlarında Şadırvan meydanında Türkiyə bayrağını endirib.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər