Şabranda 6 kəndi birləşdirən yol bərbad vəziyyətdədir - PROBLEM
Şabran-Hacıqaraqaşlı-Çayqaraqaşlı yolunun təmirə ehtiyacı var. 6 kəndi birləşdirən bu yol on ilə yaxındır bu vəziyyətdədir.
Kənd sakinləri bildirir ki, yollar qış aylarında xüsusilə keçilməz olur. Bu yoldan 6 kəndin 1000-dən çox sakini istifadə edir.
Rövşən Xudiyev, kənd sakini: "Uşaqlar məktəbə gedib-gələ bilmir, özümüz gedib-gələ bilmirik. Yağışlı gündə bura gəlin, Allaha and olsun ki, mümkün deyil. İndi “qeyrətlidir”, bir az yağış yağandan sonra danışılası deyil. Paltarlar hər gün yuyulur, ayaqqabı hər gün yuyulur. Səki də yoxdur, uşaqlar yolun içi ilə gedib gəlirlər. Neçə ildir bu yol belədir. Xahiş edirik bu yola baxsınlar".
Seymur Cəfərov, kənd sakini: "Taksi əvvəllər 1 manata gətirirdi, indi 3 manata gətirir. Bunun yeri yoxdur. Taksiyə 2 manat verirsən, ağız büzür".
Kənd sakinləri deyir ki, aidiyyəti qurumlara dəfələrlə müraciət olunub.
Şabran rayon İcra Hakimiyyətindən bildirilib ki, yolun tikintisi üçün smeta sənədləri hazırlanıb, müvafiq qurumlara göndərilib. Yolun tikintisi ilə bağlı müvafiq göstəriş verildikdən sonra tikinti işlərinə başlanacaq.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər