Braziliya futbolçuları da daxil olmaqla 75 sərnişin öldü - DƏHŞƏTLİ TƏYYARƏ QƏZASI
Kolumbiyanın Antokiya əyaləti ərazisində təyyarə qəzası baş verib.
APA TV-nin Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, qəzaya uğrayan təyyarədə Braziliyanın “Şapekoense” futbol komandasının oyunçuları da daxil olmaqla 72 sərnişin və 9 ekipaj üzvü olub. Altı nəfərin möcüzə nəticəsində sağ qaldığı bildirilir.
Boliviyadan Kolumbiyanın Medelyin şəhərinə uçan təyyarə Rioneqro şəhəri ətrafında radardan itib. Ekipaj komandiri Medelyin hava limanının dispetçerlərinə yanacağın bitdiyi barədə xəbər verib. Hava limanı təyyarənin enişi üçün şərait yaradıb, lakin təyyarə aeroporta çata bilməyib.
Əvvəlcə təyyarədəkilərin hamısının öldüyü bildirilsə də, bir qədər sonra “360 Radio” kanalı bəzi sərnişinlərin sağ qaldığı barədə xəbər yayıb.
Braziliya çempionatının yüksək divizionunda çıxış edən “Şapekoense” komandası Medelyində Cənubi Amerika Kuboku çərçivəsində Kolumbiyanın “Atletiko Nasyonal” komandası ilə qarşılaşacaqmış. Komandanın kapitanı əvvəl Madrid “Atletiko”sunda çıxış etmiş Kleber Santanadır.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər