Neftin taleyi necə olacaq? - 1 GÜN QALDI

Dünya birjalarında neftin qiymətində bahalaşma qeydə alınıb. APA TV-nin məlumatına görə, hazırda "Brent" markalı neftin bareli bahalaşaraq 48,74 dollardan təklif olunur. Ötən gün birjalarda bu markadan olan neft 48,10 dollara satılırdı.

 

Qərbi Texas markası da bahalaşıb. WTI neftinin 1 bareli hazırda 46,70 dollardan təklif olunur.

 

Ötən gün Vyanada 10 saatlıq texniki toplantının ardından İran və İraqın narazılığı davam edib. Ancaq İraq neft naziri Cabbar əl-Luaibinin razılığa gəlinəcəyi barədə fikir bildirməsi ümidləri artırıb.

 

Sabah OPEK ölkələri nazirləri Vyanada istehsalın dondurulması ilə bağlı toplantı keçirəcək. İlkin razılaşmada oktyabr ayı səviyyəsinə görə hasilatın günlük 1,2 milyon barel düşürülməsi nəzərdə tutulur.

 

Qeyd edək ki, Səudiyyə Ərəbistanının enerji naziri Xalid əl-Falih bazar günü anlaşmaya ehtiyac olmadığını bildirmişdi.

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR