Bakıda dəhşət: zirzəmidə yaşayan 4 nəfərlik ailə kül oldu
Bu gün Bakı şəhəri, Nizami rayonunda tikintisi sovet dövründən yarımçıq qalmış yaşayış binasının ümumi sahəsi 210 kv. m olan zirzəmisində 4 ailənin məskunlaşdığı otaqların yanar konstruksiyaları 97 kv. m sahədə yanıb.
APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, yanğının kəşfiyyatı zamanı 1983-cü il təvəllüdlü Seymur Əkbər oğlu Babaşov, həyat yoldaşı 1986-cı il Cəvahir Əlövsət qızı Babaşova və övladları - 2005-ci il təvəllüdlü Fərhad, 2007-ci il təvəllüdlü Elşadın yanmış meyitləri yanğınsöndürənlər tərəfindən aşkar olunaraq, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən çıxarılıb, aidiyyəti üzrə təhvil verilib.
Zirzəminin qalan hissəsi və mənzillər yanğından mühafizə olunub. Yanğın saat 03:49-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər