Maştağadakı amansız qətlin səbəbi: 100 manatlıq borca görə 12 bıçaq zərbəsi!
Bakının Sabunçu rayonunda törədilmiş qətlin detalları məlum olub. APA TV-nin məlumatına görə, hadisə Maştağa qəsəbəsinin Baloğlan Bağırov küçəsində yerləşən dəmir yol stansiyasının yaxınlığında qeydə alınıb. Qəsəbə sakini 23 yaşlı Quliyev Kamran Yaşar oğlu səhər saatlarında yaşadığı evinin yaxınlığında huşsuz vəziyyətdə yerdə tapılıb. Kamran yaxınları tərəfindən xəstəxanaya çatdırılsa da, çoxlu qan itirdiyindən həkimlərin səyinə baxmayaraq dünyasını dəyişib. Xəstəxanada meyitin üzərinə baxış keçirən həkimlər Kamranın üzərində 12 bıçaq yarası aşkar ediblər.
Tibb ocağından dərhal Sabunçu Rayon Polis İdarəsinin 14-cü polis bölməsinə məlumat verilib. Bölmədən verilən məlumata görə, hadisə borc pul üstündə baş verib və qətli törədən 22 yaşlı Vüqar Bayraməli oğlu Əlizadə hadisədən sonra bölməyə gələrək özü təslim olub.
İlkin məlumata görə, Kamranın Vüqara 100 manat borcu olub. Bu səbəbdən tərəflər arasında mübahisə düşüb. Nəticədə Vüqar Kamranın kürək nahiyəsinə 12 bıçaq zərbəsi vurub.
Artıq faktla bağlı Sabunçu rayon prokurorluğunda cinayət işi başlanıb, istintaq aparılır.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər