Somalili gənc ABŞ universitetində adamlara hücum etdi: 1 ölü, 11 yaralı
ABŞ-ın Ohayo universitetində insident baş verib, 1 nəfər ölüb, 11 nəfər yaralanıb. APA TV-nin məlumatına görə, səhər saatlarında universitetin mühafizə xidməti atışma ilə bağlı xəbərdarlıq yayıb və universitet ərazisində olanların hamısı gizlənməyə çağırıb. Daha sonra atəş səsləri eşidilib.
Sonradan məlum olub ki, naməlum şəxs əvvəlcə avtomobili universitet ərazisində piyadaların üstünə sürüb, sonra isə bıçaqla adamlara hücum edib. Hadisə nəticəsində 11 nəfər xəstəxanaya çatdırılıb. Onlardan 1-nin vəziyyəti ağırdır.
Polis hadisəni törətməkdə şübhəli bilinən şəxsi güllələyib. Onun bıçaqla silahlandığı bildirilir.
Aparılan araşdırmalardan sonra məlum olub ki, adamlara hücum edən şəxs həmin ali məktəbin tələbəsi, Somali əsilli Əbdül Rəzak Əli Artandır. Bəzi məlumatlarda isə şübhəli şəxsin Somali qaçqını olduğu və ABŞ ərazisində leqal yaşadığı bildirilir.
Polis hadisənin terror aktı olduğunu istisna etmir.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər