Yanukoviç Ukrayna Baş Prokurorluğunun müstəntiqlərinə ifadə verdi

Ukraynanın sabiq prezidenti Viktor Yanukoviç Ukrayna Baş Prokurorluğunun müstəntiqlərinə şahid qismində ifadə verib.

 

APA TV-nin Rusiya mətbuatına istinadən  xəbərinə görə, Rostov vilayətinin məhkəmə binasından Kiyevlə yaradılan birbaşa bağlantıda sabiq prezident müstəntiqlərin 2014-cü ildə cərəyan edən "Maydan hadisələri", o cümlədən həmin il fevralın 20-də "Maydan"da dinc nümayişçilərin güllələnməsi epizodları üzə suallarını cavablandırıb.

 

Qeyd edək ki, yuxarıda göstərilən tarixdə "Berkut" xüsusi təyinatlı dəstəsinin əməkdaşları dinc nümayişçilərə atəş açıb. Nəticədə 48 nəfər öldürülüb, 80 dinc nümayişçi isə yaralanıb. Bundan sonra araşdırmalara başlayan Ukrayna Baş Prokurorluğu "Berkut" xüsusi təyinatlı dəstəsinin 25 üzvünə ittiham elan edib.

 

Bu arada Ukrayna Baş Prokurorluğunun Viktor Yanukoviçə qarşı dövlətə xəyanət, Konstitusiyanın tələblərinin pozulması, hərbi münaqişənin alovlandırılması, ölkə sərhədlərinin dəyişdirilməsi məqsədilə üçüncü dövlətlə gizli əməkdaşlıq, o cümlədən dövlətə külli miqdarda maddi ziyan vurulması epizodları üzrə ittiham irəli sürdüyü məlum olub.

 

 

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR