PKK Türkiyədə daha iki hərbçini şəhid etdi

Türkiyədə PKK hücumu nəticəsində iki hərbçi şəhid olub. APA TV-nin məlumatına görə, hadisə Tunceli vilayətinin Çemişgezek qəsəbəsində baş verib.

 

Terrorçular təhlükəsizlik qüvvələrinə hücum edib. Nəticədə iki hərbçi ağır yaralanıb. Yaralılar helikopterlə Elazığda yerləşən Fərat Universiteti Xəstəxanasına çatdırılıb. Həkimlərin müdaxiləsinə rəğmən, hər iki hərbçi şəhid olub.

 

Bölgədə terrorçuların məhv edilməsi üçün başlanan əməliyyatlar davam edir.

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR