DSX-nin sərhəd dəstələrində gənc əsgərlərin andiçmə mərasimləri keçirilib

Dövlət Sərhəd Xidmətinin Lənkəran, Zaqatala, Şəmkir sərhəd dəstələrində və Yevlax şəhərində yerləşən hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimləri keçirilib.

 

APA TV-nin xəbərinə görə, dövlət himninin səslənməsi ilə başlayan mərasimlərdə gənc əsgərlər təntənəli şəkildə hərbi anda gətirildikdən sonra Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunla­rı­nın Ko­man­danı general-polkovnik Elçin Quliyevin təbriki çatdırılıb.

 

Mərasimlərdə ulu öndər Heydər Əliyevin dövlət sərhədlərimizin qorun­ması, Azərbaycan sərhəd mühafizəsinin formalaşması və inkişafı isti­qamə­tindəki xidmətləri, böyük dövlət xadiminin müəyyənləş­dirdiyi milli sərhəd strate­giyasının Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi sayəsində ölkəmizin sərhəd müha­fi­zəsinin ən müasir tələblər səviyyəsinə qaldırıl­ması xüsusi qeyd edilıb. Çıxış edənlər Vətənə, dövlətə sədaqət andı içərək müqəddəs sərhəd­lərimizi şərəflə qorumaq məsuliy­yətini öz üzərlərinə götürən gənc əsgərlərin hərbi anda daim sadiq qalacaq­larına və xidmətdə yüksək nəticələrə nail olacaqlarına əminliklərini bildirib, onlara müvəffəqiyyətlər arzulayıblar.

 

Valideynlər yaradılmış şəraitə görə ölkə rəhbərli­yinə minnətdarlıqlarını bildirmiş, övladlarını təbrik edərək vətən sərhədlərinin keşiyində ayıq-sayıq dayanmağı tövsiyə ediblər.

 

Tədbirlər gənc əsgərlərin təntənəli marşla tribuna önündən keçidi ilə başa çatıb.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR