Lənkəran sakininin tövləsi və mal-qarası yandı
Lənkəranda güclü yanğın hadisəsi baş verib. APA TV-nin Cənub bürosunun məlumatına görə, hadisə gecə saatlarında rayonun Girdəni kənd sakini, 73 yaşlı Sədyar Tilim oğlu Hüseynova məxsus fərdi təsərrüfatda qeydə alınıb.
Mal-qara tövləsindən başlayan yanğının əhatə dairəsi tez bir zamanda genişlənərək təsərrüfat sahibinin evinə keçib. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) Lənkəran Rayon Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Onların operativ müdaxiləsindən sonra yanğın lokallaşdırılıb. Hadisə nəticəsində insan tələfatı olmasa da, Sədyar Hüseynova xeyli maddi ziyan dəyib: "Mənim 3 baş inəyim tələf oldu, onlardan biri bu gün-sabah doğacaqdı. Bundan əlavə daha 60-dək toyuq-cücəm tələf oldu".
Bundan əlavə yanğın zamanı Sədyar Hüseynova məxsus ümumi sahəsi 80 kv.m olan tövlə və içərisinə yığılmış 20 ton ot bağlaması, eləcə də yaxınlıqdakı ümumi sahəsi 120 kv.m olan birmərtəbəli, 3 otaq və aynabənddən ibarət evin aynabəndi 1kv.m sahədə yanaraq yarasız vəziyyətə düşüb.
İlkin versiya kimi yanğının elektrik xəttində baş vermiş qısaqanmadan qaynaqlandığı bildirilir. Hadisənin dəqiq başvermə səbəbləri aparılan ekspertizanın yekun rəyindən sonra məlum olacaq.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər