"Gilan" Holdinqin əməkdaşlarına təlim keçildi

Bu gün Bakıda biznes üzrə beynəlxalq natiq Maykl Banq “Gilan” Holdinqin əməkdaşları üçün təlim keçib. APA TV-nin məlumatına görə, Maykl Banq 20-dən çox ölkədə satıcılar, satış şöbələri rəhbərləri, menecerlər və biznesmenlər üçün təlimlərdə iştirak edir.


"5-Star Sales System", "5-Star Service System" öyrədici proqramlarının, eləcə də komanda təşkili, ictimai çıxışlar, danışıqlar üzrə proqramların müəllifidir. O, Maykl Banqın 5 ulduzlu akademiyasının yaradıcısıdır. Bakıda isə o, 5 ulduz menecment və satış sistemləri təlimi ilə çıxış edir.

Təlim müddətində Maykl Banq biznes mühitində qarşılıqlı əlaqələrə dair təcrübəsini bölüşdü, satışla bağlı bir çox məqamları iştirakçıların diqqətinə çatdırdı. 

Müəllif | Apa.Tv
Nigar Həsənli

OXŞAR XƏBƏRLƏR