DTX-da yeni təyinat

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-leytenant Mədət Quliyev kadr islahatını davam etdirir. APA TV-nin  məlumatına  görə, M. Quliyev bir müddət öncə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Tərbiyə İşinin Təşkili İdarəsinin rəisi vəzifəsindən öz ərizəsi ilə azad edilən ədliyyə polkovniki Rafiq Ramazanovu DTX-ya gətirib.


Bundan sonra R. Ramazanovun DTX-da şöbə rəisi kimi fəaliyyətini davam etdirəcək.

 

Rafiq  Ramazanov APA TV-yə bildirib ki , bir necə gündür yeni vəzifəsini icra edir.  Xatırladaq ki, R. Ramazanov əvvəl  prokurorluq  orqanında, Penitensiar Xidmətin tərbiyə işinin təşkili idarəsinin rəisi, Penitensiar Xidmətin Baş İdarəsinin rəis müavini vəzifəsini də icra edib.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR