Temperatur yüksələcək

Noyabrın 29-da Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA TV-yə verilən xəbərə görə, bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi arabir güclənəcək.

 

Havanın temperaturunun yarımadada gecə 4-6, gündüz 10-14 dərəcə isti, Bakıda gecə 4-6, gündüz 12-14 dərəcə isti olacağı gözlənilir.

 

Sabah Azərbaycanın rayonlarında hava əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturunun gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.

Müəllif | Apa.Tv
Ayşən Əhməd

OXŞAR XƏBƏRLƏR