Ərdoğan hər gün 3 min qaçqını Avropaya buraxacaq

Ərdoğan gündə 3 min qaçqını Yunanıstana göndərmək istəyir. APA TV-nin məlumatına görə, xəbəri yunan mətbuatı Yunanıstanın kəşfiyyat rəsmilərinə istinadən yayıb.


Qaçqınların qaytarılmasının Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın planı olduğu iddia olunur.

 

"Times" qəzeti Brüssel və Ankara arasında əlaqələrin pisləşməsinə diqqət çəkərək, planın gündə 3 min qaçqının Yunanıstan sahillərinə çatmasına səbəb olacağını yazıb.

 

Yunan kəşfiyyat rəsmiləri planın, sadəcə, bir neçə həftə içində reallaşa biləcəyini düşünür.

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR