Göyçayda alça ağacı payızda ikinci dəfə bar verib
Göyçay rayonundakı meyvə bağlarından birində qeyri-adi təbiət hadisəsi baş verib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, rayonun İnçə kənd sakini Sadıq Kərəmovun həyətyanı sahəsində alça ağacı yenidən bar verib.
Qarlı-şaxtalı soyuq payız günlərini yaşadığımız vaxtda ağacda alçanın böyüməsi və yetişməsi hamının marağına səbəb olub. Müşahidələr zamanı məlum olur ki, alça ağacının yalnız bir budağında 25-ə yaxın meyvə var. Hamıya məlumdur ki, alça ağacı yaz aylarında, hava isti olanda çiçəkləyir və yayda meyvəsi dərilir. Bu qayda ilə alça ağacları ildə bir dəfə bar verir. Ev sahibinin sözlərinə görə, bu alça ağacı mövsümündən 6 ay keçməsinə baxmayaraq, soyuq havada yenidən yarpaqlayıb, çiçəkləyib və məhsul verib. Ağacın bu il ikinci dəfə bar verməsi ev sahibini həm sevindirib, həm də təəccübləndirib. Alçanın dadı may ayında, yəni öz mövsümündə olduğu kimidir. Ev sahibi alçanın noyabr ayında bazarlarda baha qiymətə olduğu bir vaxtda öz həyətində yetişən alçanı yediyi üçün sevinir.
Ümumiyyətlə, alça ağacı payız-qış aylarında artıq dərəcədə gün şüası qəbul etdikdə, çiçəkləməyə meylli olur. Hər il bu ağaclar “yalançı çiçək”lər açır və az sonra tökülür. Amma builki alça çiçəklərinin tədricən meyvəyə çevrilməsi və ağacın bir ildə ikinci dəfə məhsul verməsi qeyri-adi təbiət hadisəsi kimi qiymətləndirilir.
Bu ağac 7-8 ildir ki, əkilib. Ailə üzvləri və kənd sakinləri isə bu halın birinci dəfə şahidi olduqlarını söyləyirlər.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər