İŞİD İsrail ərazisini vurdu

İŞİD terrorçuları Suriya ərazisindən Qolan təpələrində olan İsrail hərbçilərinə raket və digər yüngül çaplı silahlardan atəş açıb.

 

APA TV-nin məlumatına görə, İsrail ordusunun sözçüsü Avichay Adree hadisə barəsində yazılı açıqlama verib.

 

Açıqlamada cavab olaraq hərbi təyyarələrin Suriya tərəfindəki atəş açılan mövqeləri bombaladığı qeyd olunur. İsrail rəsmiləri hadisədə İŞİD-ə bağlı "Yermuk şəhidləri" adlı qrupa mənsub 4 nəfərin öldüyünü açıqlayıb.

 

Bunun İsrail hərbçilərinə İŞİD tərəfindən açılan ilk atəş olduğu bildirilir. İsrail ordusuna məxsus təyyarələr Colan təpələrinin cənubunda yerləşən və İŞİD tərəfindən istifadə olunduğu bildirilən tərk olunmuş BMT binasını vurduğu deyilir.

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR