Şərqi Hələb sakinləri Əsədin nəzarətində olan ərazilərdən köçür

Ötən həftənin sonunda Şərqi Hələbdə yaşayan 10 minə qədər sakin öz məhəllələrini tərk edərək, Bəşər Əsədin nəzarətində olan ərazilərdən köçüblər.

 

APA TV-nin xəbərinə görə, bu barədə Londonda yerləşən Suriyada İnsan Haqları üzrə Monitorinq Qrupu məlumatı yayıb.

 

Sakinlərin köçürülməsi xeyriyyə təşkilatları və kürd polislərinin dəstəyi ilə gerçəkləşib. Öz evlərindən qaçmış suriyalılar əvvəlcə Hələbdəki Bustan-əl-Başa nəzarət məntəqəsinə yerləşdirilib. Bundan sonra isə onlar nizami ordunun nəzarətində olan ərazilərə aparılıb.

 

Suriya ordusu isə Hələb uğrunda döyüşləri davam etdirir. Suriya rəhbərliyinin məlumatına görə, ordu Şərqi Hələbdə 8 məhəlləni ələ keçirib.

 

Son 2 gün ərzində Suriya ordusu intensiv bombardman nəticəsində Hələbin şərqinə doğru irəliləyib. Müxaliflər isə Şərqi Hələbin şərq hissəsinin cənubundan ayrılacağından ehtiyat edirlər. Bununla da anti-hökümət qüvvələrinin şəhərə nəzarəti zəifləyəcək. 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı

OXŞAR XƏBƏRLƏR