Fidel Kastronun külü Kubanın bütün bölgələrində gəzdiriləcək

Kubalılar cümə günü dünyasını dəyişən Fidel Kastroya son borclarını yerinə yetirməyə hazırlaşırlar.

 

APA TV-nin  "Euronews"a istinadən xəbərinə görə, Kastronun vəsiyyəti əsasında onun yandırılan nəşi bu gün paytaxt Havanadakı İnqilab Meydanında xalqın qarşısına çıxarılacaq.

 

Vətəndaşlar Cose Marti abidəsi önündə təşkil olunacaq anma mərasimində ölkənin əfsanəvi lideri üçün yaradılacaq xatirə kitabına ürək sözlərini yaza biləcəklər. 90 yaşında vəfat edən Fidel Kastronun külü növbəti gündən etibarən Cementerio Santa Ifigenia məzarlığında torpağa verilənə qədər ölkənin fərqli yerlərində gəzdiriləcək. Kastro 4 dekabrdakı rəsmi cənazə  mərasiminə qədər keçiriləcək müxtəlif tədbirlərlə anılacaq.

 

 

 

 

 

Müəllif | Apa.Tv
Ayşən Əhməd

OXŞAR XƏBƏRLƏR