Neftin qiyməti ilə bağlı qeyri-müəyyənlik davam edir - GÖZLƏR VYANADA
Dünya birjalarında neftin qiymətində keçən həftənin son hərraclarına nisbətən bahalaşma qeydə alınıb. APA TV-nin məlumatına görə, hazırda "Brent" markalı neftin bareli bir dollardan çox bahalaşaraq 48,10 dollardan təklif olunur. Şənbə günü səhər saatlarında birjalarda bu markadan olan neft 47,09 dollara satılırdı.
Qərbi Texas markası isə həftə sonu satılan qiymətlərə təklif olunur. Bu günün ilk satışlarında 46,24 dollaradək bahalaşan WTI neftinin 1 bareli hazırda 45,95 dollardan təklif olunur.
Səudiyyə Ərəbistanı ilk dəfə bazar günü OPEK-in neft hasilatını azaltmaq məcburiyyətində olmadığını bildirib və Rusiya daxil olmaqla qeyri-kartel ölkələri ilə gerçəkləşdiriləcək, əvvəldən planlaşdırılmış toplantıda iştirakdan imtina edib. OPEK üzvləri isə anlaşılmazlıqları aradan qaldırmaq məqsədi ilə və sonuncu dəfə razılaşmanı əldə etmək üçün bu gün Vyanada görüşəcək. Neftin qiymətlərinin bahalaşmasına ümid edən hasilat ölkələri bu görüşə ümid edir. OPEK ölkələri anlaşmaya nail olsalar belə əməl olunacağı şübhə altındadır. Çünki kartel üzvü olan ölkələr hasilatı artırmaqda davam edir. Bu səbəbdən neftin qiymətlərinin düşməsi üçün daha münbit şərait yaranıb.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər