Masallıda evlərdən oğurluq edən iki nəfər tutuldu

Masallıda silsilə oğurluqlar törətməkdə təqsirləndirilən şəxslər zərərsizləşdirilib.

 

APA TV-nin cənub bürosunun məlumatına görə, Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun ayrı-ayrı yaşayış məntəqələrində  oğurluqda şübhəli bilinən iki nəfər saxlanılıb.

 

İlkin araşdırmalar zamanı məlum olub ki, rayon sakini Kamran Hüseynov bu ilin fevral ayının 1-də özgənin əmlakını ələ keçirmək məqsədilə rayonun Musaküçə kənd sakini Əlvan Heydərova məxsus yaşayış evinə gizli daxil olaraq, oradan 3 200 rus rublu və 220 manat pul oğurlayıb. Bundan sonra o, 28 aprel 2016-cı ildə axşam saatlarında rayonun Türkoba kənd sakini Vüqar Hacıyevə  məxsus yaşayış evinə gizli daxil olaraq oradan  1 850 manat pul, iyunun 26-da isə tanışı Fariq İbrahimovla birgə Mollaoba kənd sakini Seyfəl Baxşəliyevə məxsus yaşayış evinə gizli daxil olaraq oradan 350 ABŞ dolları, 150 manat pul və qızıl-zinət əşyaları oğurlayıb.

 

Əməliyyat-axtarış tədbirləri nəticəsində Kamran Hüseynovla Fariq İbrahimovun digər bu kimi əməlləri də üzə çıxıb. Həmçinin Kamran Hüseynovun üzərindən 2 940 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

 

Kamran Hüseynov və Fariq İbrahimov barəsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR