Dollar və rubl yerində saydı, avro bahalaşdı - HƏFTƏNİN İLK MƏZƏNNƏSİ
Azərbaycan Mərkəzi Bankı manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.
APA TV-nin məlumata görə, ABŞ dollarının məzənnəsi noyabrın 25-i ilə dəyişməyərək 1,7196 manat təşkil edib.
Avro isə manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası möhkəmlənərək 1,8331 manat olub.
Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1509 manatdır. Beləliklə, funt sterlinq də artım nümayiş etdirib.
Rusiya rublunun məzənnəsi dəyişməyib, Türkiyə lirəsi bahalaşıb, Gürcüstan larisi isə ucuzlaşıb. Hazırda 1000 rus rublu 26 manat 60 qəpik, 100 türk lirəsi 50 manat 22 qəpik, 100 gürcü larisi isə 68 manat 58 qəpikdir.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı xarici valyutaların məzənnələrini həftə içi hər gün yeniləyir. Cümə günü axşam isə 3 günlük məzənnə açıqlanır.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər