Hamilə qadın badımcan turşusundan zəhərləndi

Tovuzda hamilə qadın zəhərlənib.

 

APA TV-nin qərb bürosunun məlumatına görə, rayonun Aşağı Quşçu kənd sakini, 1992-ci il təvəllüdlü Reyhan Həsənova zəhərlənmə əlaməti ilə Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, ona tibbi yardım göstərilib.

 

Yaxınları əvvəlcə qadının vanna otağında dəm qazından zəhərləndiyini, daha sonra isə badımcan turşusu yedikdən sonra özünü pis hiss etdiyini deyiblər.

 

Hamilə olan Reyhan Həsənovanın vəziyyətinin normal olduğu bildirilir.

 

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR