Masallıda bədbəxt hadisə: 3 yaşlı qızın əli ətçəkən maşında qaldı

Masallıda bədbəxt hadisə baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə günorta saatlarında rayonun Qızılağac kəndində qeydə alınıb.

 

Valideynlərin gözündən yayınıb nəzarətsiz qalan 3 yaşlı qız uşağı elektrik ət maşınını hərəkətə gətirib. Nəticədə uşağın sağ qolu dirsəyinə qədər elektrik ət maşınında qalıb. Uşağın qışqırığına yetişən valideynləri onu  dərhal Masallı Mərkəzi Rayon Xəstəxanasına (MRX) çatdırıblar.

   
Masallı MRX-dən bildirilib ki, qolu ət maşınında qalan 3 yaşlı Şahanə Pərviz qızı Əsgərova olub. Həkimlərin çağırışına əsasən Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzinin xilasetmə qüvvələri xəstəxanaya gəliblər. Onlar kəsici alət və avadanlıqlar vasitəsilə ətçəkən maşını kəsərək, uşağın ağır zədələnmiş qolunu oradan çıxarıblar. Nəticədə qızın üç barmağı ciddi xəsarət alıb. Ona zəruri ilkin tibbi yardım göstərilib. Lakin 3 yaşlı Şahanənin vəziyyəti ağır olduğundan, onun Bakıya Travmatologiya İnstitutuna göndərilməsi tövsiyə olunub.


 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR