Göygöl sakinindən külli miqdarda narkotik götürüldü

Göygöldə narkotik tərkibli bitki əkib becərən və saxlayan şəxs saxlanılıb.

 

APA TV-nin Qərb bürosunun verdiyi məlumata görə, rayon polis şöbəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində rayonun Balçılı kənd sakini, 61 yaşlı İlqar Əliyev şübhəli şəxs kimi saxlanılıb. Onun üzərinə baxış zamanı cibindən 45 qram qurudulmuş marixuana aşkar olunaraq götürülüb.

 

Dindirilmə zamanı İ.Əliyev yaşadığı evin həyətində də narkotik tərkibli bitkilər əkib becərdiyini, həmçinin kəndin yaxınlığında olan çayın sahilindən yabanı halda bitən çətənə kolları topladığını bildirib.

 

Həmid Həsənov, müstəntiq: "Dindirilmə zamanı İlqar Əliyev yaşadığı evdə də narkotik tərkibli bitki saxladığını bildirib. Balçılı kəndində olan evə baxış zamanı, oradan 5 torba marixuana aşkar edilərək götürülüb".

 

Saxlanılan şəxsin evinə baxış zamanı həmçinin xaş-xaş toxumları da aşkar edilərək götürülmüşdür.  İlqar Əliyev bir ildir ki, narkotik təRkibli bitkilər əkib becərdiyini deyib.

 

Faktla bağlı Göygöl rayon Polis Şöbəsində cinayət işi açılıb. İstintaq gedir.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR