İranlı milyarder barəsində edam hökmü ləğv edildi
İranlı milyarder Babək Zəncani barəsində çıxarılan edam hökmü ləğv olunub. APA TV-nin məlumatına görə, bu barədə "Mehr" agentliyi xəbər verib.
Adı açıqlanmayan prokurorluq əməkdaşı apelyasiya mərhələsində olan edam qərarının ləğv olunduğunu bildirilib.
30 dekabr 2013-cü ildə həbs olunan Zəncani rüşvətxorluq və saxta sənədlərlə dövlətə 2,8 milyard dollar ziyan vurmaqda günahlandırılırdı. Ümumilikdə 26 dəfə hakim qarşısına çıxarılan milyarder bu ilin martında "yer üzündə fəsad çıxarmaq" cinayətinə görə iki ortağı ilə birlikdə edam hökmünə məhkum olunmuşdu.
Edam qərarından sonra İran prokurorluq nümayəndələri Zəncaninin ziyanın ödənməsi müqabilində cəzasının azaldılacağını qeyd etmişdi.
OXŞAR XƏBƏRLƏR
17:28
585
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
17:27
553
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
17:26
567
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
13:58
2028
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
13:29
2155
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
11:02
2122