Şəkidə 2 övlad anası faciəvi şəkildə öldü
Şəkidə iki uşaq anası olan 30 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb. APA TV-nin məlumata görə, hadisə bu gecə saat 4:00 radələrində Şəki şəhəri, Süleyman Kazımov küçəsi ev 12 ünvanında baş verib.
1987-ci il təvəllüdlü Arzu Aydın qızı Əliməmmədova yaşadığı evin həyətyanı sahəsindəki vanna otağında huşsuz vəziyyətdə qayınanası tərəfindən aşkar edilib.
Hadisə yerinə çağırılmış həkimlərin müayinəsi zamanı iki uşaq anası olan Arzu Əliməmmədovanın öldüyü müəyyən olunub.
İlkin ehtimala görə, o, dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı Şəki prokurorluğunda araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
17:28
585
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
17:27
553
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
17:26
567
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
13:58
2028
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
13:29
2155
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
11:02
2122