Bibisinin evindən 50 min manatlıq oğurluq etdi

Şirvan sakini dostu ilə birgə bibisinin evindən 50 min manat dəyərində oğurluq edib.

 

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, Şirvan şəhər sakini, Musayeva Sahibə Müzəffər qızının yaşadığı T.İsmayılov küçəsi, 11a mənzil 42 ünvanından oğurluq edilib.

 

Şəhər polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Şirvan sakinləri - 1996-cı il təvəllüdlü Musayev Coşqun Firuz oğlu və 1997-ci il təvəllüdlü Məmmədov İsmayıl Əflan oğlu saxlanılıb. Məlum olub ki, oğurlanan evin sahibinin qardaşı oğlu Coşqun Musayev dostu ilə əlbir olaraq, bibisinin mənzilinin qapısını dəmir alətlərin köməyi ilə sındırıb. Mənzilə daxil olan  dostlar oradan 38700 manat dəyərində qızıl-zinət əşyaları, 2 ədəd mobil telefon, 6000 ABŞ dolları və 9500 manat pul oğurlayıb. İstintaq oğurlanan qızıl-zinət əşyalarının bir qismini Bakı şəhərində aşkar edərək geri qaytarıb. Bir qisim əşyaların isə satıldığı qeyd edilir.

 

Hər iki şəxs barəsində Şirvan şəhər məhkəməsi tərəfindən həbs-qətimkan tədbiri seçilib. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı

OXŞAR XƏBƏRLƏR