Gəncədə buzda sürüşən maşın qəzaya uğradı
Gəncədə avtomobilin maneəyə çırpılması nəticəsində bir nəfər xəsarət alıb. APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə şəhərin Əbülulla Gəncəvi küçəsində qeydə alınıb.
Şəhər sakini, 23 yaşlı Rəfail Məmmədov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə hərəkətdə olarkən yolun buzlu olması səbəbindən idarəetməni itirib və maşın yolun kənarında olan dəmir maneəyə çırpılıb. Qəza zamanı maşında olan sərnişin, 30 yaşlı Yasin Həsənov müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
17:28
585
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
17:27
553
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
17:26
567
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
13:58
2028
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
13:29
2155
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
11:02
2122