Neft 2 dollar ucuzlaşdı
Dünya birjalarında neftin qiymətində ciddi ucuzlaşma qeydə alınıb. APA TV-nin məlumatına görə, hazırda "Brent" markalı neftin bir bareli 47,09 dollardan təklif olunur. Dünən səhər saatlarında birjalarda bu markadan olan neft 49 dollara satılırdı.
Qərbi Texas markası da dünən səhər saatlarında qeydə alınan qiymətlərdən 2 dollara qədər ucuz satılır. Ötən gün təxminən 48 dollardan təklif olunan WTI neftinin 1 bareli hazırda 45,99 dollardır.
Neftin dəyər itirməsinə əsas səbəb Vyanada bazar ertəsi OPEK-ə daxil olmayan ölkələrin planlaşdırılan görüşünün baş tutmayacağı haqqında yayılan xəbərdir. “Bloomberg” agentliyinin xəbərinə görə, noyabrın 28-ə təyin edilən sammit Səudiyyə Ərəbistanının görüşdən imtina etməsi ilə bağlı ləğv edilib. Səudiyyə Ərəbistanı OPEC ölkələri öz aralarında neft hasilatına dair razılığa gəlmədiyi halda görüşün keçirilməsini mənasız hesab edib.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər