Rusiya Müdafiə Nazirliyi Ukraynaya nota verdi
Rusiya Müdafiə Nazirliyi Krım yaxınlığında raket sınaqlarına görə Ukraynanın hərbi attaşesinə nota təqdim edib.
APA TV-nin Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu Rusiya Müdafiə Nazirliyi bildirib.
Məlumatda bildirilir ki, Ukraynanın həyata keçirəcəyi təlim Rusiyanın sərhədini poza bilər.
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Turçinov, öz növbəsində, bildirib ki, rəsmi Kiyev Kerç boğazında raket sınaqlarının keçirilməsini planlaşdırmır: “Kerç boğazından qərbdə olan ərazi isə Ukraynanın suveren hava məkanıdır. Ukrayna raket sınaqlarını beynəlxalq öhdəlik və sazişlər çərçivəsində yerinə yetirir”.
Qeyd edək ki, dekabrın 1-2-də Ukrayna Krım yaxınlığında raket sınaqları keçirmək niyyətindədir.
OXŞAR XƏBƏRLƏR
17:28
585
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
17:27
553
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
17:26
567
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
13:58
2028
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
13:29
2155
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
11:02
2122