Bolqarıstan hökuməti miqrant düşərgəsinə ordu hissəsi yolladı
Bolqarıstan hökuməti ölkənin qərbində qaçqınların qiyam qaldırdığı Harmanlı düşərgəsinə ordu hissəsi və texnika göndərib. APA TV-nin məlumatına görə, Müdafiə Nazirliyi əsgərlərin asayişin qorunmasında polisə kömək edəcəyini açıqlayıb.
Narazı miqrantların qiyamına düşərgənin karantin üçün bağlanması və onlara ərazini tərk etmək qadağasının qoyulması səbəb olub. Etirazlarda 2 minə yaxın adam iştirak edib. Təqribən 400 miqrant saxlanılıb, hüquq-mühafizə orqanlarının 24 əməkdaşı xəsarət alıb.
Bolqarıstan baş nazirinin səlahiyyətlərini icra edən Boyko Borisov əhalini ayıq-sayıq olmağa çağırıb. O, xəbərdarlıq edib ki, miqrantların qiyam qaldırdığı bölgələrdə terror aktları baş verə bilər.
Baş nazir Harmanlıda vəziyyətin gərginləşməsi ilə əlaqədar Budapeştə planlaşdırılan səfərini təxirə salıb. O, bildirib ki, qiyamın düşərgə daxilində təşkil olunmaması və belə insidentlərin başqa yerlərdə də təkrarlanması mümkündür.
Bolqarıstan hökuməti bəyan edib ki, qiyamda rolu olan iştirak edən miqrantlar öz ölkələrinə göndəriləcəklər. İlk ekstradisiya dekabrda baş tura bilər. Bu vaxta qədər isə qayda pozucuları qapalı düşərgədə saxlanılacaqlar.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər