İranda qatar qəzası nəticəsində ölənlərin sayı 40-a çatıb
İranın Semnan əyalətində iki qatarın toqquşması nəticəsində ölənlərin sayı 40 nəfərə çatıb, 100 nəfər xəsarət alıb. APA TV-nin məlumatına görə, xəsarət alanlar xəstəxanalara yerləşdirilib. Onların əksəriyyətinin yüngül yaralandığı bildirilir.
Hadisə noyabrın 25-də yerli vaxtla saat 7:40 radələrində Şahrud şəhərində baş verib. Semnan-Məşhəd və Təbriz–Məşhəd qatarlarının toqquşması nəticəsində 4 vaqon relsdən çıxaraq aşıb, iki vaqon isə yanıb.
İranın yol və şəhərsalma naziri Abbas Axundi Türkmənistana bu gün nəzərdə tutulan səfərini hadisə səbəbindən təxirə salıb və qəza yerinə yollanıb.
OXŞAR XƏBƏRLƏR
17:28
585
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
17:27
553
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
17:26
567
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
13:58
2028
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
13:29
2155
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
11:02
2122