Goranboyda kəndə hücum edən canavarlar ulağı parçaladı
Goranboyda bir neçə canavar kəndə hücum edərək, bir uzunqulağı parçalayıb və bir atı yaralayıblar.
APA TV-nın qərb bürosunun məlumatına görə, hadisə noyabrın 24-də axşam rayonun Məşədiqaralar kəndində baş verib.
Kənd sakini Abuzər Hüseynov gecə saatlarında səsə oyandıqda çöldə 6 yırtıcının ulağı parçaladığını görüb. Səs-küyə qonşular köməyə gəlib və at canavarlardan qorunub.
Kənd sakinləri bildirir ki, son bir neçə ayda canavarların hücumu nəticəsində bir neçə ulaq və xırdabuynuzlu heyvan ölüb. Yırtıcılar çöldə qida tapa bilmədikləri üçün kəndlərə gəlir.
OXŞAR XƏBƏRLƏR
17:28
585
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
17:27
553
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
17:26
567
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
13:58
2028
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
13:29
2155
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
11:02
2122