Gəncədə 23 yaşlı qız qazdan boğuldu

Gəncə şəhərində bədbəxt hadisə baş verib. APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə şəhərin İsmət Qayıbov küçəsində qeydə alınıb.

 

Bu gün səhər saatlarında 1993-cü il təvəllüdlü şəhər sakini Axundova Yaqut Azər qızının meyiti yaxınları tərəfindən sözügedən ünvanda olan evin vanna otağında tapılıb. Onun dəm qazından boğularaq öldüyü bildirilir.

 

Qızın meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə bölməsinə aparılıb.

 

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Vüsal Məmmədov

OXŞAR XƏBƏRLƏR