Azərbaycanda Milli Anti-Dopinq Agentliyi yaradılacaq
Milli Məclisin Gənclər və idman komitəsinin iclasında “İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirə olunub.
APA TV-nin məlumatına görə, komitə sədri Fuad Muradov bildirib ki, qanun layihəsinə edilən dəyişikliklər bu sahədə olan bir çox problemlərin həllini nəzərdə tutur.
Təklif olunan dəyişikliklər barədə məlumat verən Fuad Muradov deyib ki, qanun layihəsində Milli Anti-Dopinq Agentliyinin (MADA) və müstəqil komitələrin yaradılması nəzərdə tutulub. Yaradılacaq komitələr isə Terapevtik istifadəyə icazə komitəsi, Dinləmə komitəsi və Apellyasiya komitəsi adlanacaq. Bu Komitələr müstəqil olacaq: "Terapevtik maarifləndirməyə əsasən, müəyyən idmançılar müəyyən preparatları qəbul etməlidirlər. Bunlar idmançının daha çox nəticələr göstərməsi üçün yox, özünün daha tez bərpa etməsi üçüm lazım olan vitaminlərdir. Ona görə də Ümumdünya Anti-Dopinq Agentliyinin tövsiyəsi ilə komitə yaratmağı nəzərdə tuturuq. Bu komitədə müəyyən terapevtik yanaşmalar öz əksini tapıb".
Dəyişikliklərdən sonra hər hansı bir idmançı ona verilən cəza ilə razılaşmadıqda, Müstəqil Dinləmə Komitəsinə müraciət edə biləcək. Verilən qərarlar MADA-nın yekun qərarı hesab olunacaq. Agentliyin tərkibində Müşahidə Şurasının yaradılması da nəzərdə tutulub.
Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər