Nazir Kəmaləddin Heydərov Ağdamda vətəndaşları qəbul edib

Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov Ağdam rayonunun Quzanlı qəsəbəsində vətəndaşları qəbul edib.

 

APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, qəbulda Ağdam, Bərdə, Tərtər rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edib.

 

Nazir tərəfindən qəbul edilən 16 vətəndaşın müraciətlərinin bir çoxu yerindəcə öz həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib. Bundan başqa, kadr və digər məsələlərlə bağlı müraciət etmiş 205 vətəndaş nazir müavinləri və nazirliyin müvafiq baş idarə və qurum rəhbərliyi tərəfindən qəbul olunub.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR