İtaliyalı nazir: "Erməni soyqırımı"nın qabardılması qəbuledilməzdir"

İtaliyanın xarici işlər naziri Paulo Gentiloni ölkə mətbuatına açıqlamasında Ermənistan-Azərbaycan münaqişəsinin ədalətli şəkildə həll olunması üçün beynəlxalq ictimaiyyətin bu istiqamətdə səyləri artırmalı olduğuna diqqət çəkib.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, iki həftə əvvəl Ermənistanda səfərdə olan İtaliya baş diplomatı qondarma "erməni soyqırımı" məsələsinin siyasi müstəviyə daşınmasının, bu faktorun bölgədə gərginliyin artmasına səbəb olmasının qəbuledilməz olduğunu bildirib.

 

Nazir deyib ki, "soyqırım" iddialarını araşdırmaq siyasətçilərin deyil, bilavasitə tarixçilərin üzərinə düşür.

 

Qeyd edək ki, İtaliya qondarma "erməni soyqırımı"nı tanımayan dövlətlər sırasındadır. 


 

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR