Şəkidən Belarusa tütün aparan yük maşını Ağsuda aşdı

Ağsu rayonu ərazisində yük avtomobili aşıb. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 12:00 radələrində Muğanlı-İsmayıllı avtomobil yolunun 6-cı kilometrliyində, Ağsu rayonu ərazisində qeydə alınıb.

 

Madaqaskar vətəndaşı, 1965-ci il təvəllüdlü Ramanari Jaona Andryanina çalışdığı Belarus Respublikasındakı özəl şirkətə məxsus Aİ7452-3 nömrə nişanlı “MAN” markalı yük avtomobili ilə hərəkətdə olarkən qəflətən qarşısına çıxan maneə səbəbindən idarəetməni itirib və avtomobili yolun kənarına aşırıb.

 

Hadisə zamanı sürücü xəsarət almasa da, avtomobilin yük yerindəki qutularda olan tütün məhsulunun bir hissəsi yola dağılıb. Yük avtomobilində olan tütünün Şəkidən Belarusa aparıldığı bildirilir.

 

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Elvin Yaqubov

OXŞAR XƏBƏRLƏR